BAKI, 8 noyabr. TELEQRAF
Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.
“Qardaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edirəm. Azərbaycanın haqq mübarizəsini zəfərlə taclandıran qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıq və ehtiramla yad edirəm.
Bu böyük zəfər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq qürur mənbəyidir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağları ortaq tariximizdən aldığı güclə əbədi yaşayacaq”, - Binəli Yıldırım vurğulayıb.