BAKI, 8 noyabr. TELEQRAF
Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti oyununu keçirəcək.
Teleqraf xəbər verir ki, yığma bu gün Latviya millisi ilə üz-üzə gələcək.
Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi XII qrupda daha əvvəl Çexiya ilə səfər oyununda 1:2 hesabı ilə uduzub. Lənkəranda keçirilən cavab görüşündə isə rəqiblə 2:2 hesablı heç-heçə edib.