BAKI, 10 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının VII turunda “Zirə” və “Şamaxı” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş hakim Fərid Hacıyevin idarə etdiyi görüşdə meydan sahiblərinin heyətində Ange Mutsinzi (68-ci dəqiqə), qonaqların heyətində isə Abdullahi Şuaybu (53-cü dəqiqə) fərqlənib.

Bu nəticədən sonra Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” 11 xalla turnir cədvəlinin 5-ci, Azər Bağırovun baş məşqçisi olduğu “Şamaxı” isə 10 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, günün növbəti qarşılaşmasında saat 19:30-da “SOCAR Polymer Arena”da “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.