BAKI, 9 oktyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Sabah”ın rəqibi olacaq Çexiyanın “Slaviya” klubunun Azərbaycana səfər proqramı müəyyənləşib.

Teleqraf xəbər verir ki, Praqa təmsilçisi oktyabrın 11-də axşam saatlarında Bakıya gələcək.

Çexiya klubu səfər müddətində “JW Marriott Absheron Baku” otelində məskunlaşacaq.

Görüşdən bir gün öncə — oktyabrın 12-də komandanın baş məşqçisi Yindrjix Trpişovskinin mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, oktyabrın 13-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq “Sabah” – “Slaviya” qarşılaşması saat 20:45-də start götürəcək.