BAKI, 9 oktyabr. TELEQRAF

İngiltərənin "Arsenal" klubu İspaniyanın "Atletiko Madrid" komandasının hücumçusu Xulian Alvaresi transfer etmək niyyətindədir.

Teleqraf "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi argentinalı hücumçu üçün yanvar ayında yeni rəsmi təklif göndərməyə hazırlaşır.

"Topçular" transfer sövdələşməsinə hücumçu Viktor Qyökeres və ya vinger Noni Maduekeni daxil etməyi planlaşdırır. Əvvəllər "Barselona"da oynamağa üstünlük verən 26 yaşlı hücumçunun artıq "Arsenal" variantını ciddi şəkildə nəzərdən keçirdiyi bildirilir.

"Atletiko Madrid" rəhbərliyi isə Argentina millisinin üzvünün "Barselona"ya keçidinə icazə verməyəcəyini bəyan edib. Bu səbəbdən X.Alvares Madrid klubundan ayrılacağı təqdirdə karyerasını faktiki olaraq İngiltərə Premyer Liqasında davam etdirməli olacaq.