BAKI, 9 oktyabr. TELEQRAF
"Real"ın baş məşqçisi Joze Mourinyo ilə komandanın hücumçusu Kilian Mbappe arasında gərginlik yaşanıb.
Teleqraf "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında yaranan münaqişə fransalı futbolçunun İspaniya təmsilçisindəki gələcəyini sual altına salıb.
Məlumata görə, Fransa millisinin heyətində zədələnən 27 yaşlı hücumçunun İsveçrədə velosiped sürərkən çəkilmiş görüntülərini sosial şəbəkələrdə paylaşması baş məşqçi J.Mourinyonun kəskin narazılığına səbəb olub. Portuqaliyalı mütəxəssis tərəfindən futbolçuya xəbərdarlıq edilib və bu insidentdən sonra tərəflər arasında münasibətlər gərginləşib.
Müqaviləsinin başa çatmasına 3 il qalan və son iki mövsümdə komanda ilə titullardan uzaq qalan K.Mbappe yaşanan hadisədən sonra digər transfer variantlarını nəzərdən keçirməyə başlayıb.
Xatırladaq ki, hücumçunun xidmətində "Liverpul" və "Arsenal" klubları da maraqlıdır. Lakin "Real Madrid" rəhbərliyi 200 milyon avrodan aşağı olan təklifləri dəyərləndirməyəcək.