BAKI, 10 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasında VII tur davam edir.
Teleqraf xəbər verir ki, bu gün daha 2 qarşılaşma keçiriləcək.
"Zirə" evdə "Şamaxı"nı, "Sumqayıt" isə "Qəbələ"ni qəbul edəcək.
Fərid Hacıyevin idarə edəcəyi "Zirə" - "Şamaxı" matçı saat 17:00-da Zirə idman kompleksində start götürəcək.
"Polymer Arena"da baş tutacaq "Sumqayıt" - "Qəbələ" görüşündə isə ədaləti Kamranbəy Rəhimov qoruyacaq. Matçın start fiti saat 19:30-da səsləndiriləcək.
Qeyd edək ki, tura oktyabrın 11-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
VII tur
10 oktyabr
17:00. “Zirə” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov
VAR: Əkbər Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 17:00
19:30. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“SOCAR Polymer Arena”