BAKI, 1 mart. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXII turunda baş tutan “Qarabağ” - “Sabah” oyununda insident yaşanıb.
Teleqraf xəbər verir ki, hadisə matçın 84-cü dəqiqəsində “Qarabağ”ın 3-cü qolundan sonra baş verib.
Belə ki, “Sabah”ın məşqçi korpusundan italiyalı Valerio Zuddas Qurban Qurbanovun köməkçisi Müşfiq Hüseynova qarşı qeyri-etik jest edilib. Daha sonra hər iki komandanın üzvləri məsələyə qarışıb və insidentin gərginliyi artıb.
Ətrafdakı şəxslərin müdaxiləsi ilə ara sakitləşdirilib.
Qeyd edək ki, qarşılaşma 3-3 hesabı ilə başa çatıb.