BAKI, 10 fevral. TELEQRAF
Almaniya təmsilçisi “Bavariya”nın ingiltərəli futbolçusu Harri Keyn Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşüb.
Teleqraf "Kicker"ə istinadən xəbər verir ki, 33 yaşləı hücumçu ilə maraqlanan potensial klublar arasında krallığın aparıcı komandaları olan “Əl-Əhli” və “Əl-İttihad” da yer alır.
Bildirilir ki, Almaniya klubunun rəhbərliyi Keyni heyətdə saxlamaq niyyətindədir. Lakin müqavilədə nəzərdə tutulan 70 milyon avroluq sərbəstqalma məbləği futbolçuya kompensasiya maddəsi qüvvəyə minməzdən əvvəl komandadan ayrılmaq istəyi barədə rəhbərliyə rəsmi şəkildə məlumat vermək hüququ verir.
Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri 65 milyon avrodur.
Qeyd edək ki, cari mövsümdə Keyn “Bavariya”nın heyətində bütün turnirlər üzrə 35 oyunda 38 qol vurub. Futbolçunun Münhen təmsilçisi ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.