BAKI, 18 noyabr. TELEQRAF

Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Bakıdan İrəvana uçan təyyarəsi Gürcüstanın hava məkanından keçib.

Teleqraf xəbər verir ki, bu barədə "Sputnik-Armenia" məlumat yayıb.

Qeyd edək ki, Yohann Vadeful noyabrın 17-18-də Azərbaycanda səfərdə olub. O, bu gün İrəvana gedərək Ermənistan rəhbərliyi ilə görüşəcək.