BAKI, 18 noyabr. TELEQRAF
“Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüşdə bu dövlətlər arasında münasibətlərin əsas prinsipləri və dünyada vəziyyətin yaxşılaşdırılması məsələləri müzakirə olunacaq”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.
“Böyük dövlətlər, dünyanın aparıcı gücləri (Rusiya, Çin və ABŞ-ni nəzərdə tutur - red.) arasında münasibətlərin bundan sonra necə qurulacağı, eləcə də bu dövlətlərin əməkdaşlığının ümumilikdə dünyadakı vəziyyətin yaxşılaşdırılmasına necə təsir göstərə biləcəyi barədə müzakirələr aparılacaq”, - diplomat bildirib.
Görüşdə “Avropanın təhlükəsizlik arxitekturası” məsələsinin də müzakirə olunub-olunmayacağı ilə bağlı suala cavab verən Uşakov qeyd edib: “Bu məsələnin necə və hansı formada müzakirə olunacağını bilmirəm”.
Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında görüş noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək.