BAKI, 26 dekabr. TELEQRAF

“Real Madrid” Xabi Alonsonun mümkün gedişi fonunda əvəzləyicisini tapıb.

Teleqraf ESPN nəşrinə istinadən xəbər verir ki, klub əsas komandanın baş məşqçi postu üçün B komandası “Kastilya”nı çalışdıran Alvaro Arbeloyanı əsas namizəd kimi dəyərləndirir.

Mövsümdə “kral klubu” və Alonso üçün həlledici məqam İspaniya Superkubokundakı çıxış olacaq. “Real” turnirdə yanvarın 8-də “Atletiko” ilə oyundan start götürəcək.

Qeyd edək ki, Arbeloa 2004–2006 və 2009–2016-cı illərdə “Real”ın formasını geyinib. O, futbolçu karyerasını 2017-ci ildə başa vurub, 2020-ci ildən klubun U-19 komandasında məşqçi kimi fəaliyyətə başlayıb.