BAKI, 15 sentyabr. TELEQRAF

Türkiyə Superliqasında 4 derbinin tarixi müəyyənləşib.

Teleqraf xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) Super Liqanın 7-16-cı həftələrinin oyun cədvəlini açıqlayıb.

Məlumata görə, 2026/27 mövsümündə keçiriləcək 4 derbinin də tarixləri dəqiqləşib:

“Trabzonspor” – “Beşiktaş” – 19 oktyabr
“Qalatasaray” – “Fənərbağça” – 26 oktyabr
“Beşiktaş” – “Qalatasaray” – 30 noyabr
“Fənərbağça” – “Trabzonspor” – 13 dekabr

TFF həmçinin bildirib ki, “Qalatasaray” – “Fənərbağça” qarşılaşması təhlükəsizlik tədbirləri ilə əlaqədar oktyabrın 25-dən 26-na keçirilib.

Qeyd olunub ki, açıqlanan oyun cədvəli Ziraat Türkiyə Kubokunda formalaşacaq cütlüklərdən asılı olaraq dəyişə bilər.