BAKI, 17 sentyabr. TELEQRAF
“Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar o zaman uğurla başa çatdı ki, biz X məqamında mexaniki qarşılıqlılıq prinsipindən geri çəkilmək qərarına gəldik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Hərtərəfli təhlükəsizlik və dayanıqlılıq” Forumunda çıxışı zamanı deyib.
“Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar o zaman uğurla başa çatdı ki, biz X məqamında mexaniki qarşılıqlılıq prinsipindən geri çəkilmək qərarına gəldik. Gördük ki, elə bir vəziyyət yaranıb ki, sülh sazişinin mətnini “pinq-ponq” üsulu ilə daha da yaxşılaşdırmaq üçün artıq heç bir potensial yoxdur. Qarşımızda seçim yarandı: qarşılıqlılıqla bağlı həmin “pinq-ponq”u davam etdirmək, yoxsa başqa məntiq qurmaq yoluna getmək. Qərar qəbul etdik ki, bu mətnlə razılaşırıq”, - o bildirib.
Nikol Paşinyan əlavə edib ki, hazırda Ermənistan dəmir yolu Azərbaycan üçün açıq deyil və əgər qarşılıqlılıq prinsipi məntiqli olsaydı, Azərbaycan dəmir yolu da Ermənistan üçün bağlı olmalı idi.