BAKI, 17 sentyabr. TELEQRAF

Yəmən Silahlı Qüvvələri Təiz şəhərinin qərbində yerləşən Əl-Bərx-Əl-Moka xəttində “Ənsarallah” Hərəkatının (husilər) qüvvələrinə silsilə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” məlumat yayıb.

Yəmən ordusu Ləhic vilayətinin Əl-Mudəribə bölgəsində isə husilərin sızma cəhdinin qarşısını alıb.

Ləhic və Təiz vilayətlərinin sərhədində yerləşən Əl-Mənsurə bölgəsində husilərlə hökumət qüvvələri arasında şiddətli döyüşlər gedir.

“Ənarallah” Ləhicin Əl-Mudəribə rayonunun dağ silsiləsində hökumət qüvvələrinin mövqelərinə qarşı hücum keçib. Amma Yəmən ordusu yerli qəbilələrin dəstəyi ilə husilərin hücumunu dəf etməyə nail olub.

Yəmən Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri Əl-Moxa şəhərində və şimal cəbhələrində husilərin qərargahlarına və hərbi texnikalarına zərbələr endirib.

Qeyd edilib ki, sentyabrın əvvəlində husilərin hücuma başlamasından bəri 8 vilayətdə 122 mindən çox insan köçkün düşüb.