BAKI, 16 sentyabr. TELEQRAF

"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina Moldova millisinə dəvət alıb.

Teleqraf xəbər verir ki, 28 yaşlı futbolçu sentyabrın 20-də Premyer Liqanın VI turunda "Sumqayıt"la keçiriləcək oyundan sonra yığmanın düşərgəsinə yollanacaq.

O, UEFA Millətlər Liqasında forma geyinə bilər. Moldova adıçəkilən yarışın K qrupunda Slovakiya, Farer adaları və Qazaxıstan kollektivlərinə qarşı mübarizə aparacaq.

Qeyd edək ki, cari mövsüm "Kəpəz"in heyətində iki dəfə fərqlənən V.Stina Moldova yığmasında 30 oyun keçirib, 4 qol vurub.