BAKI, 17 sentyabr. TELEQRAF

Hər il 300-dən çox gənc azərbaycanlını kibertəhlükəsizlik, İT və digər istiqamətlər üzrə təhsil almaq üçün dünyanın aparıcı universitetlərinə göndəririk. Bu, kiçik rəqəmdir.

Teleqraf xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Baku ID 2026” innovasiya festivalının açılışında çıxışında deyib.

“Lakin 5, 8 və ya 10 il perspektivindən baxdıqda minlərlə gəncdən söhbət gedir. Onların hər biri böyük təsir göstərə, başqaları üçün nümunə ola, tədris fəaliyyətinə başlaya və sair işlər görə bilər.

Yəni burada iki istiqamətli yanaşmadan söhbət gedir. Düşünürəm ki, bu, uzunmüddətli perspektivdə Azərbaycan ekosisteminə özünəməxsus sahədə rəqabət aparmaq imkanı verə bilər.

Bu baxımdan, qeyd edildiyi kimi, bizim texnologiyaları yaradan, yoxsa onlardan istifadə edən tərəf olmağımız və bunun üçün düzgün tətbiq yolunu tapmağımız da çox vacibdir.

Amma ümumi olaraq desək, qarşıda hələ çox uzun yol var. Biz bu səyahətin yalnız başlanğıcındayıq.

Düşünürəm ki, burada vacib məqam odur ki, biz çətinlikləri anlayırıq və qəbul edirik. Onları inkar etmirik. Eyni zamanda, inkişaf etdiyimizi göstərən çox aydın əlamətlər var və bu, məncə, çox vacibdir”, - deyə nazir əlavə edib.