BAKI, 16 sentyabr. TELEQRAF
La Liqa təmsilçilərindən “Barselona”nın və Argentina millisinin əfsanəsi Lionel Messi yığma komandada son oyununu oktyabrda keçirəcək.
Teleqraf xəbər verir ki, Argentina Futbol Assosiasiyası (AFA) 39 yaşlı futbolçunu oktyabrın 6-da Buenos-Ayresdə Benin millisinə qarşı keçiriləcək yoldaşlıq görüşünün heyətinə daxil edib.
AFA-nın açıqlamasında bildirilib ki, 2022-ci ildə dünya çempionu olan Argentina millisinin bütün heyəti bu qarşılaşmaya dəvət olunacaq.
“Milli komandanın məşqçisi Lionel Skaloni ilə müzakirələrdən sonra elan etmək istərdik ki, dünyanın ən yaxşı oyunçusu, milli komandamızın simvolu, kapitanımız Lionel Messini 6 oktyabrda layiq olduğu vida mərasiminə dəvət etmək qərarına gəldik”, - deyə açıqlamada qeyd olunub.
Argentina millisində 207 oyun keçirən Messi 125 qol vurub. O, avqust ayında milli komandadan ayrıldığını açıqlayıb.
Lionel Skaloninin rəhbərlik etdiyi Argentina yığması beynəlxalq fasilə zamanı Burkina Faso, Benin və Boliviya ilə yoldaşlıq oyunlarında üz-üzə gələcək.