BAKI, 16 sentyabr. TELEQRAF

İspaniya La Liqasının VI turunda “Real Madrid” səfərdə “Elçe”ni 3:2 hesabı ilə məğlub edib.

Teleqraf xəbər verir ki, qarşılaşmada qonaqların qollarını 23-cü dəqiqədə Matias Dituro avtoqol, 33-cü dəqiqədə Kilian Mbappe və 90+1-ci dəqiqədə Karlos Espi vurub.

“Elçe”nin heyətində isə Abiel Osorio 71-ci, Fer Nino 83-cü dəqiqədə fərqlənib.

Matçda ilk 11-likdə meydana çıxan Arda Gülərin uzaq məsafədən vurduğu möhtəşəm cərimə zərbəsi topun qapıçıya toxunması səbəbindən Matias Dituronun avtoqolu kimi qeydə alınıb.

Bu qələbədən sonra “Real Madrid” xallarını 15-ə çatdırıb. “Elçe” isə 2 xalla 6 turdan sonra turnir cədvəlinin sonlarında qərarlaşıb.