BAKI, 17 sentyabr. TELEQRAF

Kiyevdə sentyabrın 17-də Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində yaralananların sayı 18-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko "Telegram" kanalında məlumat verib.

"Artıq Kiyevdə 18 yaralı var. Düşmən paytaxta hücumlarını dayandırmır. Hava hücumu siqnallarına diqqət yetirin", - V. Kliçko bildirib.