BAKI, 15 sentyabr. TELEQRAF
“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinə dəvət alıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Qolkiper millinin Millətlər Liqasında Farer adaları (26 sentyabr), Slovakiya (29 sentyabr) və Moldova (2 oktyabr) ilə matçları üçün heyətə çağırılıb.
33 yaşlı “əlcək sahibi” 2025-ci ilin yanvarından “Sabah”da forma geyinir.