BAKI, 16 sentyabr. TELEQRAF
Kriştiano Ronaldo qış transfer pəncərəsində Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrıla bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Əl-Nəsr”in sabiq mətbuat katibi və jurnalist Saud Əl-Samari məlumat yayıb. O, portuqaliyalı hücumçunun komandadakı rolunun zəiflədiyini qeyd edib:
"Ronaldo “Əl-Nəsr”də heç bir rol oynamır. Onun qış transfer pəncərəsində, daha əvvəl Kərim Benzemanın etdiyi kimi, klubdan ayrılacağını istisna etmirəm. Ronaldo artıq əvvəlki səviyyəsində deyil və “Əl-Nəsr”ə verə biləcəyi heç nə qalmayıb. Buna görə də ayrılmalıdır"
Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabrından “Əl-Nəsr”də çıxış edir.