BAKI, 17 sentyabr. TELEQRAF
“Rusiyaya yüz milyonlarla dollar məbləğində vəsait ödəsək də, istədiyimiz silahları bizə vermirdi”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
“2022-ci ilin avqust ayına olan vəziyyətə görə, Ermənistana silah satan dövlətlərin sayı sıfır idi. (Rusiyaya) Yüz milyonlarla dollar məbləğində vəsait ödədik, amma istədiyimiz silahları bizə vermirdilər. Başqa yerlər axtarmağa çalışanda isə silah tədarükü bazarları bizim üçün bağlı idi”, - o bildirib.
Paşinyan əlavə edib ki, KTMT-yə üzvlüyün dondurulmasından sonra demək olar, bütün silah bazarları Ermənistan üçün açılıb.