BAKI, 17 sentyabr. TELEQRAF
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Yaroslavl vilayətində “Slavneft-YANOS” neft emalı zavoduna (NEZ) və Rostov-na-Donda hərbi aerodroma dronlarla zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.
Hər iki obyektdə hücumlardan sonra yanğın baş verib.
Aerodromda yanğın hava vasitələrinin dayanacaq sahəsində qeydə alınıb. Hücum zamanı ərazidə hərbi təyyarələr və helikopterlərin olduğu ehtimal edilir.