BAKI, 15 sentyabr. TELEQRAF
DÇ-2026-dan sonra Meksika millisindən ayrılan Xavyer Aqirre yenidən iş başında ola bilər.
Teleqraf "Marca"ya istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis İspaniyanın “Valensiya” klubunun baş məşqçi postuna əsas namizədlərdən biridir.
İki gün öncə Karlos Korberanı istefaya göndərən La liqa təmsilçisi Ernesto Valverdenin xidmətində maraqlı olub, lakin ispaniyalı mütəxəssis təklifi qəbul etməyib. Bundan sonra Aqirre klubun gündəminə gəlib.
Meksikalı məşqçinin La Liqanı yaxşı tanıması və oxşar vəziyyətlərdə çalışma təcrübəsinin olması onun namizədliyini gücləndirir.
Qeyd edək ki, Aqirrenin rəhbərliyi altında Meksika millisi DÇ-2026-da qrup mərhələsində üç qələbə qazanaraq maksimum nəticə göstərib. Komanda 1/32 finalda Ekvadoru məğlub etsə də, 1/8 finalda İngiltərəyə 2:3 hesabl ilə uduzub.