YEVLAX, 17 sentyabr. TELEQRAF
Yevlax rayonunda avtomobilin su kanalına aşması nəticəsində bir nəfər xəsarət alıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Əkşəm–Gülövşə avtomobil yolunda qeydə alınıb.
Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan 1997-ci il təvəllüdlü sürücü Ərzuman Əliyev xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.