BAKI, 16 sentyabr. TELEQRAF

İngiltərənin “Liverpul” klubu İspaniya çempionu “Barselona”da çıxış edən Frenki de Yonqu transfer etmək istəyir.

Teleqraf xəbər verir ki, “Liverpul” 29 yaşlı yarımmüdafiəçi üçün “Barselona”ya 40 milyon avro təklif edib.

Kataloniya klubu isə bu təklifi rədd edib.

Bununla belə, “Barselona”nın de Yonqu satmağa hazır olduğu bildirilir. Klubun futbolçu üçün ən azı 70 milyon avro tələb etdiyi qeyd olunur.

De Yonq bu mövsüm zədədən bərpa olunduğu üçün hələ heç bir oyunda iştirak etməyib.

Niderlandlı yarımmüdafiəçinin “Barselona” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” isə onun bazar dəyərini 35 milyon avro qiymətləndirir.