BAKI, 24 dekabr. TELEQRAF
“Karvan-Yevlax”ın qış hazırlıq planı müəyyənləşib.
Teleqraf xəbər verie ki, "Neftçi" ilə dekabrın 20-də keçirilən oyundan sonra istirahətə buraxılan Yevlax təmsilçisi yanvarın 3-də Yevlaxda toplaşacaq.
Komandanın toplanış çərçivəsində 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Rəqiblərdən birinin adına aydınlıq gəlib.
Yanvar ayının 17-də Yevlaxda "Kəpəz"lə qarşılaşacaq bölgə klubunun digər rəqibinin adına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, “Karvan-Yevlax” 2026-ci ildə ilk rəsmi oyununu Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 25-də səfərdə "Sabah" klubuna qarşı keçirəcək.