BAKI, 23 dekabr. TELEQRAF

İtaliya Superkubokunun qalibi məlum olub.

Teleqraf xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən turnirdə kuboku qazanan komanda "Napoli" olub. "Napoli" finalda "Bolonya"nı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, "Napoli" "Milan"ı 2:0 hesabı ilə məğlub edərək finala çıxmışdı. "Bolonya" isə "İnter" üzərində qalib gələrək finala yüksəlmişdi.