BAKI, 25 noyabr. TELEQRAF

Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində Belçikanın "Yunion Royal" komandası ilə qarşılaşıb.

Teleqraf xəbər verir ki, “Ali Sami Yen Spor Kompleksi”nin stadionunda keçirilən qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb 0:1.

İspaniyalı FIFA referisi Xose Mariya Sançesin idarə etdiyi görüşdə yeganə qolu 57-ci dəqiqədə Promis Akinpelu Devid vurub.

"Sarı-qırmızılar"ın müdafiəçisi Arda Ünyay 89-cu dəqiqədə ikinci sarıdan qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Bununla da "Yunion Royal" xallarının sayını 6-ya çatdıraraq 18-ci pilləyə yüksəlib. "Qalatasaray" 9 xalla doqquzuncudur.

Qeyd edək ki, "Qalatasaray" növbəti turda Fransa "Monako"sunun qonağı olacaq.