BAKI, 20 noyabr. TELEQRAF

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Teleqraf xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində noyabrın 27-də keçiriləcək “Universitatya Krayova” (Rumıniya) – “Maynz” (Almaniya) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Krayova şəhərində Yon Oblemenko adına stadionda baş tutacaq.