BAKI, 28 sentyabr. TELEQRAF

Türkiyənin “Bursaspor” klubu hazırda azad agent statusunda olan fransalı ulduz Pol Poqbanı heyətinə qatmaq üçün hərəkətə keçib.

Teleqraf xəbər verir ki, bu barədə “Fotomaç” məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi son olaraq Fransanın “Monako” klubunda çıxış edib.

Dopinq cəzası səbəbindən uzun müddət futboldan uzaq qalan Poqba 2025-ci ilin yayında “Monako” ilə ikiillik müqavilə imzalayıb. Lakin tərəflər sonradan əməkdaşlığı dayandırıb və futbolçu hazırda klubsuzdur.

Məlumata görə, MLS-dən də təklifləri olan Poqba ilə “Bursaspor” rəhbərliyi əlaqə saxlayıb. Türkiyə klubunun fransalı futbolçunu transfer etmək üçün danışıqlara başlamaq istədiyi bildirilir.