BAKI, 28 sentyabr. TELEQRAF
İspaniyanın “Real Madrid” klubunun əfsanəvi futbolçusu Mixel Salqado baş məşqçiliyə başlayıb.
Teleqraf xəbər verir ki, 50 yaşlı ispaniyalı mütəxəssis Braziliyanın “North EC” klubunun baş məşqçisi təyin olunub.
Klub Salqado ilə 2027-ci il mövsümü üçün müqavilə imzalayıb.
Montes Klaros şəhərini təmsil edən komanda 2022-ci ildə yaradılıb. Klub qısa müddətdə iki dəfə ardıcıl yüksəliş əldə edib və 2025-ci ildə Campeonato Mineiro Modulo II turnirinin qalibi olub.
“North EC” 2026-cı ildə yüksək liqadakı ilk mövsümündə "Trofeu Inconfidencia" turnirini qazanaraq tarixində ilk dəfə Braziliya Kuboku və Seriya D-də iştirak hüququ əldə edib.
Qeyd edək ki, Mixel Salqado “Real Madrid”in heyətində 371 oyuna çıxıb və 11 titul qazanıb. O, iki dəfə Çempionlar Liqasının və dörd dəfə İspaniya çempionatının qalibi olub. Salqado İspaniya millisində 53 matç keçirib.