BAKI, 28 sentyabr. TELEQRAF

KONKAKAF Millətlər Liqasında Antigua və Barbuda ilə Angilya arasında keçirilən görüşdə maraqlı hadisə yaşanıb.

Teleqraf xəbər verir ki, C Liqasının B qrupunda baş tutan qarşılaşmada Antigua və Barbuda rəqibini 5:0 hesabı ilə məğlub edib.

Matçın ən çox diqqət çəkən futbolçusu Angilya millisinin üzvü Aedon Skipio olub. 69-cu dəqiqədə meydana daxil olan 36 yaşlı yarımmüdafiəçi ayaq biləklərinə qədər uzanan saçları ilə diqqət çəkib.

Maraqlıdır ki, onun uzun saçları rəqib komandanın iki futbolçusunun qırmızı vərəqə almasına səbəb olub. 72-ci dəqiqədə Keon Kevin Qrin, 90+3-cü dəqiqədə isə Şalon Nayt Skipionun saçlarından çəkdiyi üçün meydandan qovulub.

Meydanda 9 oyunçu ilə qalan Antigua və Barbuda rəqibini 5:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra komanda 3 xalla B qrupunda liderliyə yüksəlib. Angilya isə xalsız sonuncu pillədə qərarlaşıb.