BAKI, 28 sentyabr. TELEQRAF

Almaniya təmsilçisi “Bavariya” İngiltərənin “Liverpul” klubunun futbolçusu Florian Virtsin transferini nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Münhen klubunda Maykl Olisenin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam etdiyindən rəhbərlik futbolçunun olmadığı heyət variantlarını da nəzərdən keçirir. Hazırda Olisenin İspaniyaya mümkün transferi ilə bağlı iddialar yayılıb.

Qeyd edək ki, Florian Virts 2025-ci ilin iyununda “Bayer Leverkuzen ”dən “Liverpul”a keçib.