BAKI, 28 sentyabr. TELEQRAF
Major Futbol Liqasının müntəzəm çempionatında “Kolumbus Krü” doğma meydanda “İnter Mayami”ni 2:1 hesabı ilə məğlub edib.
Teleqraf xəbər verir ki, qalib komandanın heyətində Xosef Martinez (penalti) və Camal Tiare fərqlənib.
Tiare 90+9-cu dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırıb.
“İnter Mayami”nin yeganə qolunu isə Lionel Messi vurub. Argentinalı ulduz cərimə zərbəsini birbaşa qapıya göndərərək baxımlı qola imza atıb.
Beləliklə, Messi karyerasında 1177 oyunda 931 qol vurub. Onun əbədi rəqibi Kriştianu Ronaldu isə 1338 oyunda 979 qolla yadda qalıb.