BAKI, 28 sentyabr. TELEQRAF

“Qəbələ”nin məşqçilər korpusuna iki yeni mütəxəssis cəlb olunub.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Jeton Bekiriyə köməkçi məşqçi Burhan Emurlai və məşqçi-analitik Arvid Bregasi kömək edəcəklər.

Qeyd edək ki, Amil Ağacanov (qapıçılar üzrə məşqçi), Miloş Yevtiç (fiziki hazırlıq üzrə məşqçi) və Manaf Kələntərli (məşqçi-analitik) məşqçilər korpusunda fəaliyyətlərini davam etdirəcəklər.