BAKI, 28 sentyabr. TELEQRAF

Portuqaliya təmsilçisi “Sportinq” Luis Suaresin transfer qiymətini açıqladı

Teleqraf "AS" nəşrinə istinadən xəbər verir ki, Portuqaliyanın “Sportinq” klubu Kolumbiya millisinin 28 yaşlı üzvünün mümkün transferi ilə bağlı danışıqlara getmək niyyətində deyil.

Luis Suares yalnız müqaviləsində nəzərdə tutulan 80 milyon avroluq məbləğ ödənildiyi halda “Sportinq”dən ayrıla bilər.

Klub hücumçuya Avropanın bir sıra aparıcı komandalarının maraq göstərdiyinə baxmayaraq, qış transfer pəncərəsində onun satışını müzakirə etmək fikrində deyil.

Qeyd edək ki, Luis Suárez bu mövsüm "Sporting " forması ilə çıxış etdiyi 8 oyunda 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.