BAKI, 28 sentyabr. TELEQRAF

A Seriyası təmsilçisi “İnter” “Kalyari”nin gənc futbolçusu Pol Mendini transfer etməyə yaxındır.

Teleqraf xəbər verir ki, “La Repubblica” nəşri məlumat yayıb.

2007-ci il təvəllüdlü hücumçu ilə “Milan” da maraqlanır. Lakin “İnter” transfer yarışında rəqibini qabaqlayıb.

Bununla belə, “İnter” və “Kalyari” arasında hələlik transferin maliyyə şərtləri ilə bağlı razılaşma əldə olunmayıb.

Qeyd edək ki, Mendi cari mövsümdə həm İtaliya A Seriyası, həm də İtaliya Kubokunda ümumilikdə 6 oyuna çıxıb və 2 qol vurub.