BAKI, 28 sentyabr. TELEQRAF

Almaniya Bundesliqası təmsilçisi “Bayer Münhen” Harri Keynin gələcəkdə mümkün əvəzləyicisini müəyyənləşdirib.

Teleqraf jurnalist Kristian Falka istinadən xəbər verir ki, Münhen klubu hazırda İtaliya A Seriyasında “Yuventus”da icarə əsasında çıxış edən “Nyukasl”ın futbolçusu Nik Voltemadeni transfer etmək istəyir.

Münhen klubunun rəhbərliyi almaniyalı hücumçunu Keynin uzunmüddətli əvəzləyicisi hesab edir.

“Bayern” mövsümün sonuna qədər Voltemadenin “Yuventus”dakı çıxışlarını yaxından izləyəcək. Hücumçu özünü yaxşı tərəfdən göstərərsə, Almaniya klubu onun transferi üçün hərəkətə keçəcək.

Qeyd edək ki, “Nyukasl” 2025-ci ildə Voltemadeni “Ştutqart”dan 75 milyon avroya transfer edib. İngiltərə klubu futbolçunu daha aşağı məbləğə satmaq niyyətində deyil və onun üçün ən azı 60 milyon avro tələb edir.

Bu məbləğ “Yuventus”un Voltemadeni birdəfəlik transfer etməsini çətinləşdirə bilər.