BAKI, 28 sentyabr. TELEQRAF
UEFA Millətlər Liqasında sentyabrın 27-də növbəti oyunlar keçirilib.
Teleqraf xəbər verir ki, Almaniya millisi öz meydanında Yunanıstana 0:1 hesabı ilə məğlub olub. Portuqaliya səfərdə Norveçi 2:1, Niderland isə Serbiyanı eyni hesabla məğlub edib.
İrlandiya İsrail üzərində 3:0 hesablı qələbə qazanıb.
A Liqası
2-ci qrup
Serbiya – Niderland: 1:2
Almaniya – Yunanıstan: 0:1
4-cü qrup
Danimarka – Uels: 2:0
Norveç – Portuqaliya: 1:2
B Liqası
3-cü qrup
Avstriya – Kosovo: 3:1
İsrail – İrlandiya: 0:3