BAKI, 28 sentyabr. TELEQRAF

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki ilk oyununda İrlandiya ilə üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Albaniyanın Rroqojinə şəhərində baş tutan B Liqasının B1 qrupundakı matç rəqib komandanın 16:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Azərbaycanın U-17 millisi növbəti matçlarını oktyabrın 1-də Kosova, 3 gün sonra isə Albaniya yığmasına qarşı keçirəcək.