BAKI, 28 sentyabr. TELEQRAF

İspaniya təmsilçisi “Real Madrid”in braziliyalı futbolçusu Eder Militao uzunmüddətli fasilədən sonra komanda ilə məşqlərə qayıdıb.

Teleqraf xəbər verir ki, 28 yaşlı müdafiəçi əzələ zədəsi səbəbindən 195 gün yaşıl meydanlardan uzaq qalıb.

Militao sonuncu dəfə apreldə meydana çıxıb. Braziliyalı müdafiəçinin dönüşü ilə bağlı klub məşqdən foto da paylaşıb.

Son üç ildə ciddi zədələrlə üzləşən Militao 2023-cü ilin avqustundan 2024-cü ilin martına qədər və 2024-cü ilin noyabrından 2025-ci ilin iyununa qədər çarpaz bağ zədələrinə görə oynamayıb. O, ötən ilin aprelində isə əzələ problemindən əziyyət çəkib.

“Real Madrid”də futbolçunun dönüşü ilə bağlı ehtiyatlı davranılacağı bildirilir. Baş məşqçi Joze Mourinyo və tibbi heyət Militaonun fiziki vəziyyətini diqqətlə izləyəcək. Müdafiəçinin yüksək intensivlikli məşqlərə və oyunlara tədricən qaytarılması planlaşdırılır.