BAKI, 28 sentyabr. TELEQRAF

UEFA Millətlər Liqasının 2-ci turunun İsrail - İrlandiya oyununda maraqlı hadisə baş verib.

Teleqraf xəbər verir ki, Macarıstanın Debretsen şəhərində keçirilən matçdan əvvəl komandaların futbolçuları ənənəvi əl sıxma mərasimindən imtina ediblər.

Həmçinin, İrlandiya millisinin üzvləri İsrail himni səslənərkən başlarını aşağı salıb, meydana qara sarğılarla çıxıblar.

Buna səbəb Qəzzada baş verən hadisələrdir.

Bundan əvvəl İrlandiya millisində İsraillə oyunların boykot edilməsi məsələsi müzakirə olunub. Qapıçı Qevin Bazunu isə şəxsi mövqeyini əsas gətirərək İsraillə qarşılaşmalarda iştirak etməkdən imtina edib.

Qeyd edək ki, matç İrlandiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.