BAKI, 14 noyabr. TELEQRAF
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İtaliyanın “Napoli" klubu ciddi itki ilə üzləşib.
Teleqraf “La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Neapol təmsilçisinin yarımmüdafiəçisi Frank Angissa Kamerun milli komandasında beynəlxalq oyunlarda iştirak edərkən ciddi zədə alıb.
Tibbi müayinədən keçdikdən sonra 29 yaşlı oyunçuya sol budunda ağır biseps yırtığı diaqnozu qoyulub. Onun sağalmasının üç-dörd ay çəkəcəyi gözlənilir.
Angissa, həmçinin zədəli olan Kevin De Bruyne ilə birlikdə cari İtaiya A Seriyasında "Napoli"nin ən çox qol vuran oyunçularıdır (hər biri dörd qol vurub).
Qeyd edək ki, “Qarabağ” “Napoli” ilə noyabrın 25-də qarşılaşacaq.