BAKI, 17 oktyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının futbolçusu Sergey Milinkoviç-Saviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Teleqraf "Corriere dello Sport"a istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi "Qalatasaray"la "Fənərbağça"nın maraq dairəsinə düşüb.

İstanbul nəhəngləri 30 yaşlı oyunçu üçün qış transfer pəncərəsində mübarizə aparacaqlar.

Bazar dəyəri 17 milyon avro olan Milinkoviç-Saviçin klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, Sergey Milinkoviç-Saviç 2023-cü ilin yayında 40 milyon avro qarşılığında İtaliya "Latsio"sundan "Əl-Hilal"a keçib. O, bu komanda ilə meydana çıxdığı 106 oyunda 32 qol və 25 məhsuldar ötürmə müəllifi olub.