BAKI, 16 oktyabr. TELEQRAF

“Barselona”nın kapitanı Aleksiya Putelyas qadınlar arasında Çempionlar Liqası tarixində ən çox qol vuran ispan futbolçu olub.

Teleqraf xəbər verir ki, 31 yaşlı oyunçu bu uğura “Roma”ya 4:0 hesabı ilə qalib gəldikləri oyunda penalti zərbəsindən vurduğu qolla nail olub.

Bununla da Putelyas hesabındakı qolların sayını 27-yə çatdıraraq Cenni Ermoso və Aytana Bonmatini (hər ikisi 26 qol) geridə qoyub.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2012-ci ildən Kataloniya təmsilçisinin formasını geyinir.