BAKI, 2 oktyabr. TELEQRAF

UEFA reytinqində Azərbaycanın əmsalı 22.000-ə qalxıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda Danimarkanın "Kopenhagen" klubunu 2:0 hesabla məğlub etməsi nəticəsində baş verib.

Ağdam təmsilçisi bu qələbə sayəsində ölkənin hesabına daha 0.500 əmsal yazdırıb. Beləliklə, Azərbaycan hazırda 22.000 əmsalla 25-ci pillədə qərarlaşıb.

Ən yaxın qonşular isə 24-cü yerdə Serbiya (22.375), 26-cı sırada Slovakiyadır (21.375).

Qeyd edək ki, İngiltərə (97.116) UEFA reytinqində birincidir.