BAKI, 31 avqust. TELEQRAF

İngiltərə təmsilçisi “Mançester Yunayted” Belçikanın “Antverpen”klubunun qapıçısı Senne Lamments üçün müqavilə şərtlərini yaxşılaşdırıb.

Teleqraf “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı qolkiper yaxın günlərdə “qırmızı şeytanlar”ın şərtlərini qəbul etsə, transfer pəncərəsi bağlanmamış tibbi müayinədən keçməli olacaq.

Bununla yanaşı, ingilislər “Antverpen”in tələblərini də ödəməli, yəni oyunçu üçün 20 milyon funt sterlinqdən çox pulundan keçməlidir.

Belçikalı qolkiperə Türkiyənin “Qalatasaray” klubu da maraq göstərir. Lakin rəsmi heç bir yenilik yoxdur.

Qeyd edək ki, Lamments 2023-cü ilin yayından “Antverpen”də çıxış edir. Ötən mövsüm qapıçı bütün turnirlərdə 44 oyunda meydana çıxıb, onlardan 10-da qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.