BAKI, 26 avqust. TELEQRAF

“Hazırlıqları tamamlamışıq. Sabah bizi ilk oyundan da çətin oyun gözləyir”.

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Bakıda Macarıstanın “Ferentsvaroş” klubu ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

28 yaşlı müdafiəçi matça yaxşı hazırlaşdıqlarını söyləyib: “Komanda şəklində meydanda əlimizdən gələni edəcəyik”.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsində oynamağın azərbaycanlı futbolçu üçün böyük uğur olacağını deyib: “iki dəfə pley-offa qədər çatmışam. Artıq daha təcrübəliyəm. İlk oyundakı üstünlüyü qorumaq üçün daha çox ağıllı və soyuqqanlı olmalıyıq”.